24 avqust 2024 at 15:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85577713
T T
0 Persons

HƏMAS mənə ziyan vurmadı - İsrail mediasının qurbanı olmayacağam

24 avqust 2024 at 15:51
Xəbər kodu: 85577713
HƏMAS mənə ziyan vurmadı - İsrail mediasının qurbanı olmayacağam

Tehran - İRNA - Bu yaxınlarda əsirlikdən azad edilmiş sionist qadın sionist rejim mediasının HƏMAS-ın bu rejim əsirləri ilə pis rəftar etməsinə dair iddialarını təkzib edib və əsirlikdə heç kimin ona ziyan vurmadığını deyib.

Əvvəllər HƏMAS-ın hərbi qolu olan Şəhid İzzəddin əl-Qəssam batalyonlarının əsirliyində olan Noa Arqamani adlı sionist qadın vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatında əsir götürüldükdən sonra heç vaxt döyülməyib və sionist rejim mediası onun açıqlamalarını təhrif edib.

Arqamani İnstaqram səhifəsində yazıb: “İsrail mediasının son 24 saatda etdiklərini və mənim adımdan müsahibələr dərc etməsini görməzdən gələ bilmərəm.”

“Əl-Qəssam qüvvələri əsirlikdə nə məni döydülər, nə də saçlarımı kəsdilər, ancaq İsrail ordusunun döyüşçülərinin hücumu nəticəsində divar uçdu və mən yaralandım” - deyə, o əlavə edib.

Keçmiş əsir vurğulayıb: “Əsirlikdə mənə heç kim ziyan vurmadı, amma İsrail ordusunun bombardmanından sonra yaralandım.”

O, yazısının davamında bildirib: “Mən İsrail mediasının qurbanı ola bilmərəm.”

Arqamani Qəzzədə Əl-Nuseyrat düşərgəsinin bombalanması zamanı həlak olan digər iki sionist əsirlə birlikdə müqavimət qüvvələrinin əsirliyində olduğunu deyib.

O, sionist rejim ordusunun daha əvvəl saxlandığı evə hücumunu belə izah edib: “Raketin evə dəydiyini gördüm. Öləcəyimə əmin idim, hər şeyin bitdiyini düşündüm, amma sağ qaldım.”

Əl-Cəzirə telekanalının məlumatına görə, Ərqamaninin açıqlamaları sionist rejimin bir çox rəsmiləri və mediası üçün heç də xoş olmayıb.

Ərqamani və daha üç sionist əsir təxminən 2 ay əvvəl sionist rejimin Qəzzə zolağının mərkəzindəki Nuseyrat düşərgəsinə hücumu zamanı 300-dən çox fələstinlinin şəhadətinə və yüzlərlə insanın yaralanmasına səbəb olan hücumu zamanı azad edilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .